AZ   |   RU
Probiyotiklərin sağlamlığa bir çox faydaları var


“Probiyotiklər canlı mikroorqanizmləri, həzmi yaxşılaşdıran, immunitet sistemini gücləndirən və bağırsaq mikroflorasını bərpa edən faydalı bakteriyalardır. Onlar müəyyən qidalarda - qatıqda, kefirdə, duzlu kələmdə olur və qida əlavələri kimi də mövcuddur”.

Missiya.Az 
xəbər verir ki, bu barədə rusiyalı həkimi Nadejda Podkorytova “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

“Probiyotiklər adətən sağlam bağırsaq mikrobiotasını dəstəkləmək üçün ya da antibiotik qəbul etdikdən sonra və yaxud bədəndəki faydalı bakteriyaları məhv edən zaman qəbul olunur. Nə vaxt qəbul edilməsinə gəlincə, əslində bununla bağlı ciddi qaydalar yoxdur. Ümumiyyətlə probiyotikləri gün ərzində, qida ilə istifadə etmək tövsiyə olunur”, - deyə həkim vurğulayıb.

Zərintac Mayisqızı
Missiya.Az




  • 23-04-2024, 16:25