AZ   |   RU
Sloveniya Bakı ilə İrəvan arasında razılaşmanı alqışlayıb


Sloveniya Ermənistan və Azərbaycan arasında razılaşmanı alqışlayır.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Sloveniya 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası haqqında razılaşmanı alqışlayır və davamlı sülhə doğru atılan bu addıma görə hər iki tərəfi təbrik edir”, - XİN-in bəyanatında bildirilib.



  • 22-04-2024, 17:26