AZ   |   RU
Ermənistan QDİƏT-in Bakıda keçirilən tədbirində iştirak etmir

Bu gün Bakıda işinə başlayan Dövlət Turizm Agentliyinin (DTA) və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) təşkilatçılığı "QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü"ndə Ermənistan tərəfi iştirak etmir.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Ermənistan Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 11 üzvündən biridir.

İki gün davam edəcək tədbirdə QDTİB-yə üzv dövlətlərin - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın nümayəndələri iştirak edirlər.

QDTİB - Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 11 dövlətini birləşdirən beynəlxalq təşkilatdır. Bankda Türkiyə, Rusiya və Yunanıstan hər birisi 16,5 %-lik paya, Rumıniya - 14 %, Ukrayna və Bolqarıstan - hər biri 13,5 %, Azərbaycan - 5 %, Albaniya - 2 %, Ermənistan - %, Gürcüstan və Moldova - hər biri 0,5 %-lik paya malikdirlər. Bank Qara dəniz regionu ölkələri arasında iqtisadi əməkdaşlığı, ticarəti inkişaf etdirməyi hədəfləyir.



  • 22-04-2024, 11:04