AZ   |   RU
"Ağgöl Milli parkında nəsli kəsilməkdə olan quşlar mühafizə olunur"- Arzu Babayeva


"Ağgöl milli parkı ölkəmizdə su-bataqlıq baxımından ərazisi ən böyük milli parklardan biridir. Bu milli park 2003-cü ildə təsis edilib".



Bunu Ağgöl Milli Parkına mediatur zamanı Missiya.Az-a açıqlamasında  Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva deyib.


O qeyd edib ki, məqsəd burada nadir və nəsli kəsilməkdə olan Azərbaycan Respublikasının Qırmızı kitabına daxil olmuş quşların mühafizəsidir:


"Burada eyni zamanda Qırmızı kitaba daxil olmuş ceyran populyasiyası da var. Azərbaycan Respublikası ərazisində ceyranların mühafizəsi, reintroduksiyası və tarixi areallarının yenidən bərpası” layihəsi çərçivəsində 2010-cu ildən cari dövrədək Şirvan Milli Parkından Ağgöl Milli Parkının ərazisinə 21 baş ceyran fərdi reintroduksiya olunub və aparılan son sayım zamanı parkda 78 baş ceyran qeydə alınıb. Hazırda  milli parkda balalama dövrünü yaşayan xeyli sayda dişi fərd müşahidə olunur. Bu o deməkdir ki, Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət mənada inkişaf edir".


 Arzu Babayeva bildirib ki, bu ərazidə bu il sentyabr ayının ortalarından fevral ayının axırlarına qədər 78 min quş qeydə alınıb. Kütləvi quşların miqrassiyası olub. Martın sonlarından isə bir qismi burda yuvalamaq, bala vermək üçün qalıb, digər quşlar isə öz miqrasiyasına davam ediblər.


Leyla SƏMƏNDƏR

Missiya.Az



  • 20-04-2024, 15:25