AZ   |   RU
İsrail Livanın cənub bölgələrini "fosfor bombaları" ilə vurdu

 

İsrail ordusunun Livanın cənubundakı bir qəsəbəyə "fosfor bombası" ilə hücum təşkil etdiyi bildirilib. 


Missiya.Az xəbər verir ki, bu barədə Livanın rəsmi agentliyi "NNA" məlumat yayıb.


İsrail ordusu Livanın cənubunda və sərhəddə yerləşən Xiyam qəsəbəsini ağır artilleriya atəşi və fosfor bombaları ilə vurub. 


2023-cü il oktyabrın 8-dən etibarən sərhəddə İsrail ordusu ilə qarşıdurmalarda həlak olan Hizbullah üzvlərinin sayı 278-ə yüksəlib. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 18-04-2024, 12:12