AZ   |   RU
Aİ sammitində Türkiyə ilə bağlı yekun bəyannamə açıqlanıb

 

Avropa İttifaqı (Aİ) Türkiyə ilə əməkdaşlıq və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsində strateji marağa malik olduğunu bildirib və bu kontekstdə Kipr danışıqlarının bərpasına böyük əhəmiyyət verdiyini bəyan edib. 


Missiya.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Aİ-nin Brüsseldə keçirilən sammitininTürkiyə ilə əlaqələrə dair hissəsində açıqlanıb. 


“Aİ Şərqi Aralıq dənizində sabit, təhlükəsiz mühitin,eyni zamanda Türkiyə ilə əməkdaşlıq, qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsində strateji marağa malikdir”, - bəyanatda deyilir. 


"Türkiyənin özünün konstruktiv iştirakı hesabatda müəyyən edilmiş müxtəlif əməkdaşlıq sahələrinin irəliləyişində faydalı olacaq", - deyə məlumatda qeyd olunub.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 18-04-2024, 09:53