AZ   |   RU
Putinin Türkiyəyə səfərinin tarixi razılaşdırılmayıb - Kreml

“Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi iki ölkə liderlərinin qrafikinə görə hələlik razılaşdırılmayıb”.


Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə müsahibəsi zamanı deyib.


"Hələlik tarix həqiqətən razılaşdırılmayıb. Səbəb odur ki, bizdə seçkilər var idi, indi andiçmə mərasiminə hazırlıq gedir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da gərgin proqramı var. Ancaq buna baxmayaraq, ən yüksək səviyyədə təmaslarımızı davam etdiririk", - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • 17-04-2024, 14:25