AZ   |   RU
Fələstinə olan həssaslığımızı sorğulayanlar gec-tez biabır olacaqlar - Türkiyə lideri


"Heç kimin nə mənim, nə də bu heyətin Fələstinin həssaslığını şübhə altına almağa gücü yoxdur".

Missiya.Az 
xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Böyük Millət Məclisinin qrup toplantısında çıxışı zamanı deyib.

"Bizim həyatımız Fələstin davası ilə məna kəsb etdi. Milli Qurtuluş döyüşündə Türkiyədə birlik tam olaraq nə idisə, HƏMAS da odur. Təbii ki, bunu deməyin də bir bədəli olduğunun fərqindəyik. Bəzi etdiklərimizi ola bilsin deyə bilmirik, amma Fələstinə olan həssaslığımızı sorğulayanlar gec-tez biabır olacaqlar, necə bir haqsızlıq etdiklərini görəcəklər", - Ərdoğan qeyd edib.

Zərintac Mayisqızı
Missiya.Az







  • 17-04-2024, 14:08