AZ   |   RU
“Tbilisidəki mitinqlərin arxasında Hollivud əli görünür” - Medvedev

“Gürcüstandakı mitinqlərin arxasında təcrübəli və tanınmış Hollivud əli görünür”.


Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.


“Tbilisidə xarici agentlər haqqında qanun ətrafında müzakirələr parlamentdə küçə toqquşmaları və şən gürcü davaları sferasına keçib. Kim bu cür hərəkətləri kortəbii etiraz adlandırırsa, ilk olaraq öz güzgüsünə daş atsın. Bütün bu mitinqlərin arxasında təcrübəli və tanınmış Hollivud əli görünür”, – siyasətçi vurğulayıb.



Daşqın Həsənov
Missiya.Az



  • 17-04-2024, 14:06