AZ   |   RU
Bu gün Dünya İncəsənət Günüdür


15 Aprel - Dünya İncəsənət Günüdür. Bu əlamətdar tarix 2019-cu ildə UNESCO Baş Konfransının Parisdə keçirilən 40-cı sessiyasında təsis olunub.

Missiya.Az 
xəbər verir ki, həmin günlə bağlı qəbul olunan qətnamədə Dünya İncəsənət Gününün bədii yaradıcılıqla cəmiyyət arasında əlaqələrin möhkəmlənməsi, bədii ifadə müxtəlifliyinin önəmi və sənət adamlarının davamlı inkişafa verdiyi töhfələri diqqətə çatdırmaq məqsədi daşıdığı bildirilib.

UNESCO bayrağı altında qeyd olunan bu tarix incəsənətin inkişafını, yayılmasını və insanlara zövq yaşatmasını təşviq etmək üçündür.

Zərintac Mayisqızı
Missiya.Az




  • 15-04-2024, 09:36