AZ   |   RU
Qızılca xəstəliyi zamanı hansı qidalardan istifadə etmək olar?- Pediatr açıqladı

 

Qızılca xəstəliyi zamanı bol maye qəbulu-su, mürəbbəli çay, kompot çiy meyvə-tərəvəz, bişmiş meyvə-tərəvəz kimi yeməklərə üstünlük verilir. 

 

Missiya.Az xəbər verir ki, bunu pediatr Gülşən Əliyeva sosial şəbəkə hesabında qeyd edib.

 

O, qızılca xəstəliyi zamanı pəhrizin vacibliyini vurğulayıb: 

 

“Toyuq əti,yumurta,zülal tərkibli qidaları, ədviyyatlı, çox qızarmış,çətin həzm olunan yeməkləri,həmçinin uzun müddətli ,konservləşdirilmiş qidaları məhdudlaşdırmaq lazımdır”,-deyə həkim bildirib.


Leyla SƏMƏNDƏR
Missiya.Az 



  • 29-03-2024, 16:48