AZ   |   RU
“Bu, bizə qarşı süni olaraq yaradılan "barıt çəlləyi"dir”- Hərbi ekspert


“Bu günlərdə Ermənistan parlamenti Azərbaycanda sərhəddə yerləşdirilmiş Avropa İttifaqı missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib. Ermənistan ilə Azərbaycan sərti dövlət sərhəddində Avropa İttifaqının missiyası İrəvanın xahişi ilə 17 ay əvvəl yerləşdirilib. Bu müddət ərzində Ermənistanın Qarabağda mövcud olan silahlı birləşmələri ikinci kapitulayasiya aktını imzalayıb”.


Missiya.Az
xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib. O, əlavə edib ki, 17 ay mandatsız fəaliyyət göstərən missiyanın tərkibi keçən ilin sonunda 138-dən 209 nəfərə çatdırılıb: “İndi isə Ermənistan parlamentinin Aİ missiyasının fəaliyyətini ratifikasiya etməsi, birmənalı olaraq aprelin əvvəlində keçiriləcək Aİ, ABŞ və Ermənistan təhlükəsizlik görüşü ilə bağlıdır. Nədənsə Aİ və ABŞ Ermənistan ilə İrəvanın imzaladığı bəyanat üzrə üzərinə götürdükləri öhdəlikləri yerinə yetirilməməsini deyil, fərarilər ölkəsinin təhlükəsizliyini müzakirə etməkdə maraqlıdır. İstənilən halda Aİ və ABŞ-nin 30 illik işğal tarixinə malik Ermənistanın bu gün də Azərbaycan ərazilərini işğalda saxlamasını müzakirə etmək əvəzinə işğalçının təhlükəsizlik məsələlərinin gündəmə gətirmək birmənalı olaraq Azərbaycana qarşı yönələn addımlardır. Bu addımların əsas məqsədi Azərbaycan-Ermənistan arasındakı kövrək sabitliyi pozmaqdan ibarətdir. Ümumilikdə isə bu Cənubi Qafqazda eskalasiyanın yaranmasına gətirib çıxara bilər. 

Görünən odur ki, Aİ və ABŞ "təhlükəsizlik zəmanəti" adı altında Ermənistanın dəstəkləməyə, işğalçını yenidən silahlandırmağa və iki dəfə kapitulyasiya aktı imzalayan fərarilər ölkəsindən dağıdıcı vasitə kimi isifadə etməyə, bununlada Cənubi Qafqzda sülhü, sabitliyi və təhlükəsizliyi tamamilə mümkünsüz etməyə çalışır. 

Aİ və ABŞ-nin Cənubi Qafqazda yeni nüfuz bölgüsü həyata keçirmək, mövcud olan nisbi sakitliyi pozmaq və geosiyasi konfiqurasiyanı dağıtmaq planları regionumuza ciddi təlatümlər, yeni müharibələr və qarşıdurmalar vəd edir. 

Avropa İttifaqının Ermənistandakı missiyasının tərkibinə daxil olan hərbçilərinin sayının artırılması və fəaliyyət müddətinin uzadılması, Qərbin Ermənistan vasitəsilə regiona hərbi müdaxiləsinin getdikcə genişlənməsinin göstəricisidir. Hazırda ABŞ-nin da bu prosesə qoşulması və missiyanın tərkibimdə öz hərbçilərini Ermənistana göndərmək planları faktiki olaraq Qərbin Ermənistanda öz hərbi bazasını yaratması deməyə əsas verir. Qərbdən verilən silahlar hesabına bir az cəsarətlənən Ermənistan vasitəsilə sərhədlərimizdə kənar qüvvələrə aid hərbi bazanın yerləşdirilməsi və onların fəaliyyət radisusunun genişləndirilməsi, bizə qarşı süni olaraq yaradılan "barıt çəlləyi"dir, bu addımlar bir gün mütləq iki dəfə kapitulyasiya imzalayan təcavüzkar Ermənistanın boş başında partlayacaq”.


Missiya.Az



  • 25-03-2024, 16:38