AZ   |   RU
Qərbin casus şəbəkəsi - Aİ missiyasının Azərbaycan, Rusiya, İran, və Türkiyəyə qarşı kəşfiyyat oyunları


Bu günlərdə Ermənistan parlamenti Azərbaycanda sərhəddə yerləşdirilmiş Aİ missiyasının statusuna dair razılaşmanı ratifikasiya edib.



Missiya 2023-cü ilin yanvarında yaradılıb, dekabrda isə missiya iştirakçılarının sayı 138-dən 209 nəfərə qədər artırılıb. Ermənistan parlamentinin məhz indi razılaşmanı ratifikasiya etməsi nə ilə bağlıdır? Bu format əsasən nəyi hədəf götürüb? 


Mövzu ilə bağlı Missiya.Az- açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılovun sözlərinə görə, hamıya bəllidir ki, bu gün Ermənistan ərazisindəki Avropa İttifaqının missiyası çox aydın şəkildə Ermənistan hakimiyyətini, Ermənistan ərazilərini Qərbin kəşfiyyat strukturlarına peşkək çəkməsi deməkdir: 


"Birincisi bu missiyanın hədəfləri bəlli deyil. Azərbaycan tərəf olaraq hansısa bir formada bu missiyanın fəaliyyətinə razılıq vermir. Belə olduğu təqdirdə və Ermənistanla Azərbaycan arasında hələ sərhədlərin delimitasiya və demarkasiya prorsesi baş verməmişkən belə bir missiyanın Azərbaycanla Ermənistan sərhəddində mövcudluğunun özü absurddur. Digər bir tərəfdən bu missiya əvvəlcə müəyyən bir say tərkibində, müəyyən bir müddət üçün gəlmişdi, amma zaman keçdikdən sonra biz gördük ki, Ermənistan hakimiyyəti Avropanın müəyyən strukturları ilə danışıqlar apararaq, həmin bu dırnaqarası missiyanın müddətini artırdı, daha çox müddətsiz etdi, buranın say tərkibini artırdı.


Politoloq qeyd edib ki,  Ermənistan ərazilərində Avropa İttifaqının missiyasına müxtəlif nümayəndəlik ofisləri açırlar:


"Təbii ki, haqlı suallar yaranır ki, burda təkcə hansısa şərti sərhədlərin binoklla dırnaqarası müşahidəsindən söhbət getmir. Burda çox aydın bir formada Ermənistan ərazilərində üçüncü qüvvələrə qarşı həyata keçirilən kəşfiyyat-təxribat diversiya fəaliyyətindən söhbət gedir. Bu baxımnan da hesab edirəm ki, Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan ərazilərindəki bu təhlükəli missiyanın real hədəflərinin nə və kimlər olduğunu aydın şəkildə izah etmişdi. Birmənalı şəkildə söyləmək lazımdır ki, bu gün Ermənistan öz ərazilərində Rusiya, İran, Azərbaycan və Türkiyəyə qarşı kəşfiyyat oyunları oynamaq üçün Qərbin casus şəbəkələrinə yer ayırıbdır. Əlbəttə ki, bu Ermənistanın müstəqil dövlət olmadığını və Ermənistan ərazilərinin oyuncağa çevrildiyini növbəti dəfə göstərən bir faktordur".


Leyla SƏMƏNDƏR

Missiya.Az



  • 24-03-2024, 16:20