AZ   |   RU
"Crocus City Hall"da xəsarət alanların sayı 154-ə çatıb

Rusiyanın Moskva vilayətində "Crocus City Hall"da baş vermiş terror aktında xəsarət alanların sayı 154-ə çatıb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, bu barədə vilayətin Səhiyyə Nazirliyi məlumat yayıb.


Məlumata görə, 44 nəfər ambulator müalicədədir.


Ölənlərin sayı 133 nəfər təşkil edir.



  • 24-03-2024, 13:12