AZ   |   RU
Ərdoğan: Rusiya xalqının kədərini bölüşürük



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Moskva vilayətində baş vermiş terror aktı ilə əlaqədar Rusiya hökumətinə başsağlığı verib və hücumu şiddətlə qınayıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, qardaş ölkə prezidenti bunu Ankarada AK Partinin keçirdiyi mitinqdə çıxışı zamanı deyib.

R.T. Ərdoğan vurğulayıb ki, terror kimdən gəlirsə, törədən kim olursa-olsun, qəbuledilməzdir: “Biz terrorun qanlı, xain üzünü çox yaxşı bilir, rus xalqının kədərini bölüşürük".



  • 23-03-2024, 16:11