AZ   |   RU
“Qərb kəşfiyyatı Moskvadakı terror aktından öncədən xəbərdar idi” - Vuçiç


“Qərb kəşfiyyat orqanları Moskvada mümkün terror aktından xəbərdar idi”.


Missiya.Az xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç “Prva” telekanalına müsahibəsi zamanı deyib.



Siyasətçi Qərbin xüsusi xidmət orqanlarını Moskvadakı mümkün terror aktından xəbərdar olmaqda ittiham edib:


“Martın 7-də ABŞ səfirliyi öz vətəndaşlarını Rusiya paytaxtında ticarət mərkəzlərinə getməməyə çağırıb. Daha sonra Britaniya diplomatları da oxşar bəyanatla çıxış ediblər. Bu, o deməkdir ki, onların kəşfiyyat xidmətləri müəyyən danışıqlara müdaxilə edib, məlumat alıb və nəyinsə baş verəcəyini bilirdi”, - deyə siyasətçi vurğulayıb.



Daşqın Həsənov

Missiya.Az



  • 23-03-2024, 00:50