AZ   |   RU
“Moskvadakı terror aktı Rusiya xüsusi xidmət orqanlarının təxribatıdır” - Ukrayna kəşfiyyatı

Bu gün Moskvada yerləşən “Crokus City Hall”da baş verən terror aktı Rusiya xüsusi xidmət orqanlarının planlı və düşünülmüş təxribatıdır. Məqsəd Kremlin Ukraynaya artan hücumlarına və total səfərbərliyə haqq qazandırmaq cəhdidir.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.


Bildirilib ki, Moskva hakimiyyəti terror aktlarının təşkilində böyük təcrübəyə malikdir.


“Bir qrup silahlı şəxslərin Moskvanın mərkəzində pulemyotlarla maneəsiz hərəkət etməsi terror aktının Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil edildiyini göstərir”, - deyə məlumatda vurğulanıb.




Daşqın Həsənov

Missiya.Az



  • 23-03-2024, 00:41