
Azərbaycan Respublikası son illərdə Prezident İlham Əliyevin apardığı qətiyyətli, prinsipial siyasət sayəsində inkişaf etmiş güclü ölkəyə çevrilib.Təkcə son illəri götürsək,qısa bir zamanda ölkəmiz möhtəşəm nailiyyətlər, böyük zəfərlər qazanıb. Azərbaycan xalqının torpaqlarını erməni işğalından azad etməsi,bu yurd yerlərində genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılması, əhalinin məskunlaşmasının təmin edilməsi dövlətimizin ən böyük qələbəsidir. Əlbəttə ki, bu nailiyyətlərin qazanılmasının təməlində ölkədə təmin olunmuş sabitlik, milli birlik və həmrəylik dayanır.
Son bir neçə ayda Azərbaycan beynəlxalq aləmdə də fəal iştirak edib. Ölkəmizin bu inkişafını həzm edə bilməyənlər isə bəzi “sapı özümüzdən olan baltalar” ilə ölkəmizin daha da yaxşı gələcəyinə kölgə salmaq istəyirlər. Azərbaycan daxilində olub, xəyanətkarlıq nümayiş etdirən, Azərbaycanın düşmənləri də var.
Öncə qeyd edək ki, terror şəbəkəsi olan, qardaş ölkə Türkiyədə qırğınlar törədən FETÖ Azərbaycanda da qalmaqal yaratmaq istəyir. Belə ki, ötən vaxtlarda Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilib, neçə nəfər həbs edilib. Bunlardan biri də Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADRP) sədri, həbsdə olan Qubad İbadoğludur. İbadoğlu ictimaiyyət arasında özünü faydalı və xalqın təəssübkeşi, ümummilli məsələlərin həllində ziyalı kimi təqdim etməyə çalışaraq “BİZ TV” vasitəsilə dövlətimizin əleyhinə açıq fəaliyyətlə məşğul olub. Bundan başqa, mətbuatda yayılan məlumatlara görə, Q. İbadoğlu Qərbdən, konkret olaraq ABŞ-dən böyük qrantlar alıb. Bu layihələr qanun pozuntuları ilə icra olunuraq, vəsaitlər tam başqa istiqamətə yönəldilirdi. Q. İbadoğlunun Azərbaycanın, dövlətimizin milli maraqları əleyhinə ötürdüyü materiallar Azərbaycana qarşı çıxan təşkilat üçün həmişə yaxşı mənbə olub.
Burada yenə də Qərbin Azərbaycana qarşı qərəzli münasibətinin şahidi oluruq. Bu həqiqətdir ki, Qərb heç zaman hər hansı bir bölgədə inkişafa, demokratiyaya görə maliyyə ayırmayıb. Etdiyi yatırımlar ilə ölkələrdə ancaq xaos, parçalanma yaratmaq istəyib. Biz bunların son illər Yaxın Şərqdə, eləcə də digər ölkələrdə dəfələrlə şahidi olmuşuq. Qərbin məkrli toruna düşən, onlarına ölkəmizə olan mənfi niyətinə ortaq olan Qubad İbadoğlu da özünü rəzil-rüsvay edərək xəyanətkar işə qol qoyub. Sözsüz ki, əl atdığı iş heç vaxt müsbət nəticə verməyib. İşin digər tərəfi isə odur ki, Qərb hazırda Q. İbadoğlunu “siyasi məhbus” kimi təqdim etmək istəyir. Burada isə məqsəd Azərbaycanı dünyaya “siyasi məhbuslar”ın çox olduğu ölkə kimi tanıtmaqdır. Bunu ancaq demokratiyanın nə olduğunu dərk edə bilməyən dövlətlər edə bilər.
Azərbaycanı ləkələmək, nüfuzunu aşağı salmaq istəyən Qərbin növbəti qərəzli mövqeyi də budur. Öz adını başqasına qoymaq istəyən Qərb Azərbaycanda demokratiya olmadığını göstərmək istəyir, ama əldə sübut olmadığından Q.İbadoğludan istifadə etmək fikrinə düşüb.
Biz bunun dəfələrlə şahidi olmuşuq ki, Azərbaycan beynəlxalq aləmdə əhəmiyyətli addımlar atdıqda, dərhal Qərb ölkədə çaxnaşma yaratmaq istəyir, müxtəlif uydurmalara əl atır. Qərb hələ də anlamır ki, ölkələrdə çaxnaşma yaratmaq cəhdi özlərinə böyü zərbə vurur, onlarla normal münasibətlər yaratmağa çalışan dövlətlərlə əlaqələrinə kölgə salır.
Bir sözlə günümüzün reallığı budur ki, Azərbaycanın böyük nüfuz qazandığı dönəmdə Qərb və onlarla əlbir olan bədxahlarımız fəallaşaraq, demokratiya pərdəsi arxasında qarayaxma kampaniyalarına start verirlər. Onların Azərbaycanda müxalif qüvvələrə xərclədiyi pullar isə nəticə vermir, rüsvay olmaqda davam edirlər.Bu vəziyyət isə onları çox pərişan edir.
Sevindirici hal isə odur ki, Qərb ölkələrinin bizə olan münasibətlərinə baxmayaraq dövlətimiz istər siyasi baxımdan, istərsə də iqtisadi baxımdan sürətlə inkişaf etməkdə davam edir. Dövlətimizə qarşı nə qədər şər-böhtan tüğyan etsə də, Azərbaycan öz haqq yolundan dönməyəcək.
Nurlana Əhmədova
Missiya.Az