AZ   |   RU
“Qarabağ”ın U-14 komandası Minskdə keçirilən turnirdə çempion olub


“Qarabağ”ın U-14 komandası Belarusun paytaxtı Minskdə keçirilən “Naşe Buduşeye” (Bizim Gələcəyimiz) beynəlxalq turnirin qalibi olub.


Missiya.Az Oxu.az-a istinadən xəbər verir ki, Asif Əlizadənin baş məşqçisi olduğu komanda bu gün qarşılaşdığı iki rəqibini məğlub etməklə çempionluğunu rəsmiləşdirib.

Ağdam təmsilçisi yarımfinalda “Pskov”a, finalda isə BATE-yə 1:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, “Qarabağ”ın U-14 komandası daha əvvəl qrup mərhələsində Rusiya təmsilçiləri “Lavina”ya 6:0, “Rotor”a 2:0 hesabı ilə qalib gəlib, Belarus BATE-sinə uduzub - 0:1.



  • 21-03-2024, 21:32