AZ   |   RU
NATO Baş katibi Azərbaycan və Ermənistana çağırış edib

NATO Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Azərbaycan və Ermənistana çağırış edib.

Missiya.Az Report-a istinadən xəbər verir ki, o, bu barədə “X”də yazıb.

“Mən Ermənistan və Azərbaycanı sülhün davamlı olması üçün fürsətdən istifadə etməyə çağırıram”, - o bildirib.

O, həmçinin NATO ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsini səbrsizliklə gözlədiyini qeyd edib.

Qeyd edək ki, Y.Stoltenberq Cənubi Qafqaz turnesi çərçivəsində martın 17-18-də Azərbaycanda olub, sonradan Gürcüstan və Ermənistana səfər edib.




  • 19-03-2024, 15:41