AZ   |   RU
Avropa İttifaqının XİN rəhbərləri Rusiyanın aktivlərinin Ukrayna üçün istifadəsini dəstəkləyib


Avropa İttifaqı ölkələrinin xarici işlər nazirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya silah tədarükü üçün istifadə edilməsi ideyasını dəstəkləyiblər, lakin yekun qərarın qəbulu hələlik təxirə salınıb.



Missiya.Az “Report”a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell jurnalistlərə açıqlamasında deyib.


“Bugünkü müzakirədən sonra mən güclü dəstək gördüm. Bəzi ölkələr daha çox təfərrüat istəyirlər, lakin ümumilikdə aktivlərdən əldə edilən gəlirləri götürmək və Ukraynanın xeyrinə istifadə etmək ideyasına güclü dəstək var.


Necə? Avropa Sülh Fondu çərçivəsində hərbi yardım göstərmək, həmçinin Ukraynanın müdafiə bazasını gücləndirmək. Birlik olduğunu deyə bilmərəm, amma belə bir qərarın qəbulu ilə bağlı güclü konsensus var”, - deyə o, bildirib.


Borrell qeyd edib ki, yekun qərar hələ qəbul edilməyib, lakin 21-22 martda keçiriləcək Aİ sammitindən əvvəl və ya iclas zamanı təsdiqlənə bilər.



  • 18-03-2024, 23:59