AZ   |   RU
Stoltenberqdən etiraf: Ukrayna NATO-nun dəstəyi ilə Rusiya donanmasına zərər vurub


NATO-nun baş katibi Yens Stoltenberq etiraf edib ki, alyans Rusiyanın Qara Dəniz Donanması qüvvələrinə zərər vurub.



Missiya.Az “Report”a istinadən xəbər verir ki, o, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə görüşündən sonra keçirilən brifinqdə deyib.


“Bizim dəstəyimizlə Ukrayna Qara dənizdəki Rusiya donanmasına zərər vurub”, - deyə o, bildirib.


Bununla yanaşı, Stoltenberq bəyan edib ki, Qara dənizin təhlükəsizliyi həm Gürcüstan, həm də alyansın özü üçün eyni dərəcədə vacibdir.



  • 18-03-2024, 23:16