AZ   |   RU
Azərbaycanla Mərakeş arasında turizm sahəsində əməkdaşlıq üzrə birgə səylər müzakirə edilib


Azərbaycanın Mərakeşdəki səfiri Nazim Səmədov Krallığının turizm, sənətkarlıq, sosial və həmrəylik iqtisadiyyatı naziri Fatim-Zəhra Ammor ilə görüşüb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın Mərakeşdəki səfirliyinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkə arasında turizm sahəsində əməkdaşlığın inkişafı üzrə birgə səylər, Azərbaycan Dövlət Turizm Agentliyi ilə Mərakeşin Turizm, Sənətkarlıq, Sosial və Həmrəylik İqtisadiyyatı Nazirliyi arasında əməkdaşlıq, qarşılıqlı səfərlərin, məlumat turlarının və press-turların təşkili, turizm sərgilərində iştirak, o cümlədən ölkənin turizm assosiasiyaları, bu sahədə fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələri arasında əməkdaşlıq əlaqələrinin qurulması, Azərbaycan Turizm Bürosu ilə Mərakeş Milli Turizm Bürosu arasında əməkdaşlıq məsələləri müzakirə olunub.

Səfir N.Səmədov 2008-ci ildə Azərbaycan ilə Mərakeş arasında imzalanmış turizm əməkdaşlığı sazişinin əhəmiyyəti barədə məlumat verib, həmçinin turistlərin sayının artırılması üçün birbaşa hava əlaqələrinin yaradılmasının və hər iki ölkənin səfər edən ümumivətəndaş pasportlu vətəndaşları üçün vizaların ləğvinin vacibliyini qeyd edib.

Bundan əlavə, görüş zamanı Mərakeşin Turizm, Sənətkarlıq, Sosial və Həmrəylik İqtisadiyyatı Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxs arasında sənətkarlıq sahəsində bilik və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın qurulması məsələsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Sonda səfir N.Səmədov mərakeşli naziri ölkəmizə səfərə dəvət edib.



  • 14-03-2024, 21:36