AZ   |   RU
Cəmil Babayev iki erməni ilə dəyişdirilərək Azərbaycan tərəfinə qaytarıldı

Gəncədə yerləşən psixatriya xəstəxanasından qaçdıqdan sonra yolunu azaraq Qarabağdakı Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə keçmiş azərbaycanlı Cəmil Babayev yolunu azaraq Azərbaycan tərəfə keçmiş iki erməni - Artur Nalbandyan və Aramais Torozyanla dəyişdirilib.
Missiya.Az xəbər verir ki, dəyişdirilmə prosesi Rusiya sülhməramlılarının vasitəçiliyi ilə baş tutub.
Qeyd edək ki, Cəmil Babayevin əvəzinə geri qaytarılan ermənilər yollarını azdıqları üçün Azərbaycan ərazisinə keçdiklərindən onlar barəsində cinayət işi açılmamışdı.
Başqa sözlə, onları 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Azərbaycan Respublikasının ərazisinə qanunsuz olaraq gizli yollarla keçmiş və barələrində cinayət işi başlanmış ermənilərlə eyniləşdirmək olmaz.
Əlavə olaraq bildirək, avqustun 26-da Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlu Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib.

  • 7-09-2021, 22:23