AZ   |   RU
Cozef Bayden Rəcəb Tayyib Ərdoğana zəng vuracaq


ABŞ prezidenti Cozef Bayden Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğana zəng vuracaq.

Missiya.Az
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.

Qeyd edilir ki, Ağ Ev rəhbəri bunu niyə Amerika lideri indiyə qədər Türkiyə prezidenti ilə telefon danışığı aparmayıb sualına cavab olaraq bildirib.

"Əlbəttə, bir çox dünya liderləri var ki, prezident onlara zəng etməlidir və o bunu ən yaxın həftələrdə, aylarda edəcək. Əminəm ki, o, hansısa bir anda Ərdoğanla danışacaq", - Psaki deyib.


  • 6-03-2021, 10:24