AZ   |   RU
Qazaxıstan Prezidenti sabah Azərbaycana səfər edəcək

Qazaxıstan Prezidenti Kasım - Jomart Tokayev martın 11-12-də Azərbaycana səfər edəcək.


Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat yayıb.


"Martın 11-12-də Prezident Kasım - Jomart Tokayev Azərbaycan Respublikasına dövlət səfəri edəcək", - məlumatda deyilir.


Səfər çərçivəsində Tokayevin Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcəyi planlaşdırılır.



  • 10-03-2024, 10:11