Administrasiyanın yanacaq üçün yeni ixrac müqavilələrinin təsdiqini dayandırmaq qərarına baxmayaraq, Birləşmiş Ştatlar mayeləşdirilmiş təbii qazın (MTQ) dünyanın ən böyük ixracatçısı olaraq qalacaq.
Missiya.Az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Cennifer Qrənholm Vaşinqtonda “Axios” portalının bərpa olunan enerji mənbələrinə keçidlə bağlı təşkil etdiyi konfransda çıxış edərkən deyib.
“Proses çox düşünülmüş olmalıdır, çünki biz dünyada ən böyük MTQ ixracatçısıyıq və araşdırmalar nə göstərməsindən asılı olmayaraq belə qalacaq. Artıq bağlanmış müqavilələrə baxmayaraq, biz dünyanın ən böyük ixracatçısıyıq”, – o vurğulayıb.
65 yaşlı nazirin sözlərinə görə, ABŞ “2030-cu ilə qədər ixracı iki dəfə artıracağıq”. Nazir bildirib ki, bu, “artıq təsdiqlənmiş müqavilələr və artıq tikilən terminallar hesabına” gerçəkləşdiriləcək.
Qranholm qeyd edib ki, avropalı müttəfiqlər qazıntı yanacaqlarından tədricən uzaq siyasət yürütsələr də, ABŞ-dən MTQ almağa davam etmək istərdilər.
Xatırladaq ki, daha öncə ABŞ Prezidenti Cozef Bayden ölkədən MTQ ixracı üçün yeni müqavilələrin təsdiqi prosedurlarının dayandırılması barədə göstəriş vermişdi. “Reuters”ə görə, bu addım yeni MTQ istehsalı müəssisələrinin tikintisi ilə bağlı investisiya qərarlarının qəbulunun gecikməsinə səbəb ola bilər.