Azərbaycanda bu gün koronavirus infeksiyasına 145 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Missiya.Az xəbər verir ki, bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.
İndiyədək ölkədə ümumilikdə
232 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan
227 271 nəfər müalicə olunaraq sağalıb,
3 190 nəfər vəfat edib. Hazırda
2 175 aktiv xəstə var.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar
7216 , bu günə qədər isə ümumilikdə
2 528 610 test icra olunub.