AZ   |   RU
Rusiyanın Ukraynadakı itkiləri 410 mini keçdi

Rusiya ordusu Ukraynada davam edən müharibə zamanı daha 880 hərbçisini itirib.


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.


Bildirilir ki, bununla da Rusiyanın Ukraynadakı itkilərinin sayı 410 min 7 nəfərə yüksəlib.


Qeyd olunub ki, bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun13 tank, 12 artilleriya sistemi və 37 zirehli döyüş maşınını məhv edib.

 


Daşqın Həsənov
Missiya.Az



  • 26-02-2024, 10:11