AZ   |   RU
Qəzzadakı humanitar faciə daha da ciddi səviyyəyə çatacaq- Türkiyə XİN

 

“Biz İsrailin Qəzza zolağında indiyədək törətdiyi dağıntı və qırğınlardan çox narahatıq”. 


Missiya.Az xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin fevralın 12-də İsrailin Rəfah şəhərinə hücumları ilə bağlı yaydığı bəyanatda əks olunub.


“Biz bu əməliyyatı Qəzza xalqını öz torpaqlarından qovmaq planının bir hissəsi hesab edirik. Davam edən hücumlar Qəzzadakı humanitar faciəni daha da ciddi səviyyəyə çatdıracaq və bölgədə daimi atəşkəsə nail olmaq səylərinə zərər verəcək”,-deyə bəyanatda qeyd olunub.


“Beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurasını İsraili dayandırmaq üçün lazımi addımları atmağa çağırırıq”,-deyə bildirilib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 12-02-2024, 15:01