AZ   |   RU
Ararat Mirzoyan Brüsseldə işgüzar səfərdə olacaq

 

Ermənistan   xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfər edəcək.


Missiya.Az  “Sputnik Armenia”ya  istinadən xəbər verir ki, Mirzoyan fevralın 13-də Belçikada Ermənistan-Avropa İttifaqı Tərəfdaşlıq Şurasının 5-ci iclasında iştirak edəcək.


Mirzoyan Belçikanın xarici işlər naziri və digər yüksək vəzifəli rəsmilərlə də görüşü gözlənilir.


Bildirilir ki, iclasın gündəliyinə bir çox məsələlər daxildir. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 12-02-2024, 14:00