AZ   |   RU
OPEC+ ölkələrində neft hasilatı kəskin azalıb

 

2024-cü ilin yanvar ayının sonunda OPEC+ ölkələrində orta gündəlik neft hasilatı dekabr ayı ilə müqayisədə kəskin şəkildə 340 min barel azalaraq 41,2 milyon barel təşkil edib. 


Missiya.Az xəbər verr ki, bu barədə “Vedomosti” qəzeti “Global Commodity Insights” analitiklərinin statistik məlumatlarına istinadən məlumat yayıb .


Yanvar ayı üzrə azalma son altı ayda ən böyük azalma olub. Bu dinamikanın əsas səbəblərindən biri sövdələşmədə iştirak edən ölkələrin xammal istehsalını könüllü şəkildə azaltmaq üzrə öhdəlikləridir.

 

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 12-02-2024, 13:34