AZ   |   RU
ABŞ Qafqazda terroru dəstəkləməyə davam etdi- Putin

 

Rusiya prezidenti Vladimir Putin ABŞ-nin Şimali Qafqazda terrora dəstəyini davam etdirdiyini, hətta bu məsələnin ən yüksək səviyyədə müzakirəsinin belə vəziyyəti dəyişmədiyini bildirib.


Missiya.Az xəbər verir ki, o bu barədə Amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.


"Mən dəfələrlə məsələ qaldırmışam ki, Birləşmiş Ştatlar Şimali Qafqazda nə separatizmi, nə də terroru dəstəkləməməlidir. Lakin onlar bunu davam etdirdilər. Siyasi dəstək, informasiya dəstəyi, maliyyə dəstəyi, hətta hərbi dəstək də ABŞ-dən gəldi”,-deyə Putin qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 



  • 9-02-2024, 11:00