AZ   |   RU
“ABŞ-nin istifadə etdiyi alətlər dünyada işləmir” - Putin



“Vaşinqtonun siyasəti prezident postunu konkret kimin tutmasından asılı deyil. Söhbət liderin şəxsiyyətindən getmir, bu elitanın əhval-ruhiyyəsindən gedir”. 


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.


Siyasətçi qeyd edib ki, ABŞ-nin istifadə etdiyi alətlər dünyada işləmir:


“Ukraynadakı hadisələrin necə bitməsindən asılı olmayaraq, onsuz da dünya dəyişəcək. ABŞ-nin yeri də dəyişəcək, yeganə sual bunun necə baş verəcəyidir”, - deyə Putin vurğulayıb. 


Daşqın Həsənov

Missiya.Az



  • 9-02-2024, 10:54