AZ   |   RU
Putin Ukraynanı süni dövlət adlandırıb



“Ukrayna indiki formada sovet hakimiyyəti tərəfindən yaradılmış süni dövlətdir”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.


“Bunu demək üçün bizim əsaslarımız var, Ukrayna müəyyən mənada İosif Stalinin iradəsi ilə yaradılmış süni dövlətdir”, - deyə siyasətçi vurğulayıb.



Putin qeyd edib ki, İkinci Dünya Müharibəsindən sonra Ukrayna Polşaya və digər qonşu dövlətlərə məxsus olan torpaqların bir hissəsini alıb. 


"Onların ərazilərinin bir hissəsi Rumıniya və Macarıstandan da alınıb və bu ərazilər Sovet Ukraynasının bir hissəsi olub", -  deyə siyasətçi bildirib.


Daşqın Həsənov

Missiya.Az






  • 9-02-2024, 09:53