AZ   |   RU
“Rusiyanın məqsədi Ukraynanın 2014-cü ildə başladığı müharibəni bitirməkdir” - Putin



“Rusiyanın məqsədi Ukraynanın 2014-cü ildə başladığı müharibəni bitirməkdir".


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.


"Hər şey Ukrayna elan edəndə belə vəziyyətə gəldi. Onlar da hərbi əməliyyatlara hazırlığa başlamışdılar. Ukraynada müharibəyə 2014-cü ildə başlayıblar”, - deyə siyasətçi vurğulayıb. 


Minsk razılaşmalarından danışan Putin qeyd edib ki, Donbass üçün çoxlu müstəqillik elementləri var:


“Biz Donbasda yaşayan insanları inandırlb tədricən Ukrayna dövlətçiliyinə qaytarmaq istəyirdik. Lakin bunu heç kim istəmirdi və hamı məsələni yalnız hərbi gücün köməyi ilə həll etmək istəyirdi. Amma biz buna imkan verə bilməzdik", - deyə Putin bildirib.


Daşqın Həsənov

Missiya.Az



  • 9-02-2024, 09:38