AZ   |   RU
“7 fevral müstəqillik illərində ən çox seçicinin iştirakı ilə tariximizə keçəcək” - Musa Qasımlı

“Müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkəmizin ərazisində keçiriləcək 7 fevral növbədənkənar prezident seçkiləri sadəcə seçki deyil, sevinc, şadyanalıq, birlik, bərabərlik, millətimizin və ölkəmizin tarixində yeni mərhələni açan bir bayram günü olacaq”.  


Missiya.Az xəbər verir ki, bunu millət vəkili Musa Qasımlı deyib. 


O, bildirib ki, 7 fevral müşahidələrimə görə, müstəqillik illərində ən çox seçicinin iştirakı ilə tariximizə keçəcək: “7 fevral millətimizin Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və lokal xarakterli antiterror tədbirlərində döyüş meydanında, siyasi-diplomatik, informasiya savaşında düşmənlər üzərində qazandığı zəfərin milli iradənin öz səsi, demokratiya ilə onların üzərində qazandığı qələbəsinin nida işarəsi olacaq! Hamını səs verməyə çağırıram!”.


Missiya.Az



  • 6-02-2024, 11:52