AZ   |   RU
ABŞ Dövlət Departamenti Putinin Türkiyəyə səfərinə münasibət bildirib

"Əgər hər hansı bir ölkə Rusiyanın bəzi pis rəftarlarının qarşısını almaqda mənalı bir rol oynaya bilərsə, biz bunu əlbəttə alqışlayarıq".


Missiya.Az “haber7com”a istinadən xəbər verir ki, bunu brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər etməsi ilə bağlı suala cavab verərkən deyib.


"Biz Ukrayna taxılının getməli olduğu yerə çatmasının və bu sahədə etibarlı irəliləyişin əldə olunmasının kritik əhəmiyyətini hiss etməyə davam edirik. Bu, əlbəttə ki, alqışlanır", - deyə siyasətçi vurğulayıb.


Qeyd edək ki, fevralın 12-də Putinin Türkiyəyə səfər edəcəyi gözlənilir.

 


Daşqın Həsənov
Missiya.Az



  • 6-02-2024, 11:52