AZ   |   RU
"Türkiyənin yanında olan bütün dost ölkələrə təşəkkür edirəm" - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan 6 fevral 2023-cü ildə baş verən zəlzələlərlə bağlı paylaşım edib.


Missiya.Az xəbər verir ki, “X” sosial media platformasındakı paylaşımında Fidan zəlzələnin ildönümündə həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına səbr diləyib.


“Dövlətimiz və hökumətimiz bundan sonra da millətimizdən aldığı güclə hər zaman və hər yerdə vətəndaşlarımızın yanında olacaq”, - deyə siyasətçi vurğulayıb.


Hakan Fidan bildirib ki, Türkiyənin yanında olan bütün dost ölkələrə təşəkkür edirəm.



Daşqın Həsənov
Missiya.Az



  • 6-02-2024, 11:39