AZ   |   RU
Lukaşenko Belarus hərbçilərinə vətəndaşlara qarşı silah tətbiq etmək hüququ verib

Belarus hərbçilərinə vətəndaşlara qarşı silah tətbiq etmək hüququ verilib.


Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko ölkənin silahlı qüvvələrinin daxili xidmət nizamnaməsinə müvafiq dəyişikliklər edilməsi barədə göstəriş verib. 


Bildirilir ki, yeni dəyişikliyə əsasən, hərbi qulluqçular öz tapşırıqlarını yerinə yetirərkən cinayətin xarakterini, inzibati xətanı və hüquq pozuntusunu törədənin şəxsiyyətini nəzərə alaraq silahdan istifadə etmək hüququna malikdirlər.


Qeyd olunub ki, bütün bunlardan əvvəl silahdan istifadə etmək niyyəti barədə aydın və aşkar xəbərdarlıq edilməlidir: 


“Vətəndaşın silahdan istifadə nəticəsində xəsarət alması və ya ölümü barədə dərhal müvafiq prokurora, habelə ibtidai istintaq orqanına məlumat verilir. Eyni zamanda, hərbi qulluqçular ümumi hərbi nizamnamələrin tələblərinə uyğun hərəkət etdikdə vurulmuş zərərə görə məsuliyyət daşımayacaqlar”, - deyə vurğulanıb.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • 6-02-2024, 11:30