Bazar 8 İyun 2025 / 21:30:01
                    AZ   |   RU
Piyada gəzməyin hansı faydaları var?


Araşdırmalara görə, günümüzdə sağlamlığa ən böyük təhlükə oturaq həyat tərzi sayılır. Xəstəliklərin bir çoxunun kökündə bu dayanır.

Mütəxəssislər deyir ki, idmanla məşğul olmağa vaxtı, həmçinin, həvəsi olmayanlar piyada gəzməyə üstünlük versinlər. Dəniz qırağında, parkda bunu edə bilərlər. Beləliklə, həm sağlam, həm də artıq çəkidən xilas olarlar.

İnsanların əksəriyyəti ruhunu dincəltmək üçün ya yaxınları ilə birgə, ya da tək gəzməyi çox sevir. Bəziləri də şəhərin səs küyündən bezərək hansısa rayona, təbiətin qoynunda istirahət etmək və stresslərindən qurtulmaq istəyir. Bunun da özünəməxsus üstünlükləri var.


Xüsusilə təmiz havada, yaşlıllıqlar arasında piyada gəzmək daha məsləhətlidir.

Bəs piyada yürüş oraqnizmin hansı hissələri üçün faydalıdır?

Ürək-damar sistemi, qan dövranı, tənəffüs yolları, həzm sistemi, sümüklərəzələlər üçün əvəzolunmaz dərmandır. Habelə stress, gərginliyə qarşı da güclü vasitədir. Mütəxəssislər onu da tövsiyə edir ki, gecə gəzintisi yuxu rejiminini qaydasına salır.

Zərintac Mayisqızı
Missiya.Az




  • 6-02-2024, 11:23