AZ   |   RU
Ərdoğan bu gün Qəhrəmanmaraşda zəlzələ qurbanlarının ailələri ilə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən il fevralın 6-da baş vermiş zəlzələlərin birinci ildönümü ilə bağlı Qəhrəmanmaraş və Qaziantep şəhərlərinə səfər edəcək.


Missiya.Az “TRT HABER”ə istinadən xəbər verir ki, Türkiyə lideri orada zəlzələ qurbanlarının ailələri ilə görüşəcək.


Bildirilir ki, Ərdoğan Qəhrəmanmaraşda aparılan yenidənqurma işləri ilə tanış olacaq.


Qeyd olunub ki, bundan əlavə Türkiyə lideri zəlzələ bölgələrinə səfəri zamanı yeni tikilən mənzillərin açarlarını vətəndaşlara təqdim edəcək.



Daşqın Həsənov
Missiya.Az



  • 6-02-2024, 11:07