AZ   |   RU
Niderland Ukraynaya daha 6 ədəd F-16 qırıcısı verəcək

Niderland Müdafiə Nazirliyi Ukraynaya çatdırılmaq üçün əlavə 6 ədəd F-16 qırıcı təyyarəsini hazırlayır.


Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Niderlandın müdafiə naziri Kajsa Ollongren "X" hesabında bildirib.

Nazir qeyd edib ki, bununla da onların ümumi sayı, əvvəllər vəd edilmiş F-16-larla birlikdə 24-ə çatacaq.


"Ukraynanın hava üstünlüyü Rusiyanın təcavüzünə qarşı durmaq üçün vacibdir", - nazir vurğulayıb.



  • 5-02-2024, 18:24