AZ   |   RU
Dövlət Gömrük Komitəsi yanında İctimai Şura üzvlərinin növbəti görüşü təşkil olunub

Bu gün Dövlət Gömrük Komitəsi (DGK) yanında İctimai Şura üzvlərinin növbəti görüşü təşkil olunub. 


Missiya.Az xəbər verir ki, görüşdə İctima şuranın 9 üzvündən 7-si iştirak edib. Görüşdə fəaliyyət planı və etik davranış qaydaları müzakirə edilib. Gələcək aylarda qarşıda duran 2 illik fəaliyyətdə DGK yanında ictimai şura olaraq İctimai Nəzarətin həyata keçirilməsi ilə yanaşı Komitə ilə birgə ictimai müzakirələrin keçirilməsi müzakirə edilib.


Daha sonra İctimai Şura sədri Ramil Əliyev qarşıdan gələn 7 fevral növbədənkənar prezident seçkilərində fəal olmağın vacibliyini vurğulayıb. Görüş çay süfrəsi formatında davam etdirilib.


Missiya.Az




  • 5-02-2024, 15:08