AZ   |   RU
Ermənistandan Azərbaycana keçmək istəyən Çex vətəndaşı barədə DTX-də istintaq aparılır

Məlum olduğu kimi, Ermənistandan Azərbaycana keçmək istəyən Çexiya Respublikasının vətəndaşı saxlanılıb.

Missiya.Az-ın əldə etdiyi məlumata əsasən, o, Ermənistandan Azərbaycana keçmək istəyərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat araşdırmalarının davam etdiyi məlum olub.

Daha əvvəl yayılan məlumata əsasən, onun saxlanılması barədə Çexiya Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinə məlumat verilib.



  • 5-02-2024, 12:29