AZ   |   RU
“HƏMAS məhv edilənə kimi İsrail müharibəni dayandırmayacaq” - Yoav Qallant

“İsrail Qəzzada müharibəni HƏMAS məhv edilməyincə və girovlar xilas edilənə kimi davam etdirəcək”.


Missiya.Az “The Times of Israel”ə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qallant Pentaqon rəhbəri Lloyd Ostinlə telefon danışığı zamanı deyib.


Bildirilir ki, Qalant amerikalı həmkarına müharibədəki əməliyyat hadisələri, o cümlədən terror infrastrukturunun dağıdılması və HƏMAS yaraqlılarının məhv edilməsi istiqamətində davam edən hərbi səylərdə əldə olunan nailiyyətlər barədə məlumat verib.


Qeyd olunub ki, tərəflər həmçinin Qəzza zolağında mülki əhali arasında məskunlaşmış HƏMAS yaraqlıları ilə mübarizə apararkən mülki itkilərin minimuma endirilməsinin vacibliyini də müzakirə ediblər.

 


Daşqın Həsənov
Missiya.Az



  • 19-01-2024, 13:48