AZ   |   RU
Zelenski Gürcüstandan üzr istəməlidir

 

Ukrayna və Moldova Mixail Saakaşvilinin həbsxanada saxlanma şəraitinə görə Gürcüstan hakimiyyətini haqsız yerə tənqid edib , buna görə bu ölkələrin prezidentləri Volodimir Zelenski və Maya Sandu gürcü xalqından üzr istəməlidirlər. 


Missiya.Az xəbər verir ki, bunu Gürcüstanın İctimai Televiziyasının Birinci Kanalına müsahibəsində respublika parlamentinin spikeri Şalva Papuaşvili tələb edib.


“Avropa Komitəsinin gəldiyi nəticədən öyrəndik ki, prezident Zelenski, Sandu və Avropa Parlamentinin üzvləri Gürcüstanı Saakaşviliyə işgəncə verməkdə ittiham edərkən yalan danışıblar. Bu gün öyrəndik ki, bir çox Qərb siyasətçiləri Gürcüstan və gürcü xalqı qarşısında özlərini biabır ediblər. Ona görə də bu insanların üzr istəməsini gözləyirik”, - deyə qanunverici orqanın rəhbəri bildirib.


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 19-01-2024, 12:26