AZ   |   RU
Ermənistan prezidenti BMT-nin baş katibi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

 

Ermənistan prezidenti Vaaqn Xaçaturyan BMT-nin baş katibi Antonio Quterreş ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.


Missiya.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.


Görüş Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində baş tutub. 


BMT-nin baş katibi bildirib ki, regional problemlər mümkün qədər tez həll olunacaq və bu, bütün region üçün sabitliyi və inkişafı təmin edəcək. 


Forum çərçivəsində Xaçaturyan Argentina prezidenti Xavyer Mayli və ABŞ-nin keçmiş dövlət katibi Con Kerri ilə də görüşüb. 


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 19-01-2024, 12:07