AZ   |   RU
"Müharibə veteranlarına verilən aylıq müavinətin məbləğinin artırılması müzakirə oluna bilər"

 

"Azərbaycanda müharibə veteranlarına verilən aylıq müavinətin məbləğinin artırılması müzakirə oluna bilər".

Missiya.Az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev nazirliyin ötənilki fəaliyyətinin yekunlarına dair mətbuat konfransında çıxış edərkən bildirib.

Müharibə veteranları üçün aylıq 80 manat müavinət təyin edilməsindən danışan nazir müavinin onu da qeyd edib ki, müəyyən edilmiş proqram çərçivəsində həmin təbəqə üçün növbəti mərhələlərdə bu məbləğin artırılması müzakirə oluna bilər.

Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 16-01-2024, 12:37