AZ   |   RU
Bakıda sexdə partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır

Bakıda sexdə partlayışda ölənlərdən biri Gürcüstan vətəndaşıdır.

Missiya.Az Report-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlik mərhumun yaxınları ilə əlaqə saxlayır.

Ölən şəxsin adı açıqlanmayıb.

Xatırladaq ki, yanvarın 15-də Bakının Binəqədi rayonundakı sexdə baş verən partlayışda 7 nəfər ölüb, 24 nəfər xəsarət alıb.



  • 16-01-2024, 12:32